Cahangir Hacıyevə futbolçulardan qeyri-adi etiraz (VİDEO)
Tarix: 1-05-2015, 18:01 | Çap et
Cahangir Hacıyevə futbolçulardan qeyri-adi etiraz (VİDEO)
Beynəlxalq Bankın sabiq prezidenti Cahangir Hacıyevin rəhbəri olduğu klubun futbolçuları ona etiraz edib.

Hazırda baş tutan "Simurq"-"İnter" oyununda meydan sahibləri klubun maliyyə vəziyyətinə etiraz olaraq futbol oynamaqdan imtina ediblər. Belə ki, futbolçular hakimin start fitindən sonra yerə oturublar. Bir neçə saniyə meydanda oturaraq rəhbərliyə etiraz edən futbolçular daha sonra oyunu davam etdiriblər.

Qeyd edək ki, Cahangir Hacıyev həm də Bakının "İnter" klubunun fəxri prezidentidir. (Qafqazinfo)






Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net