Papanın üzünə iki dəfə telefonu qapatdı
Tarix: 1-05-2015, 17:55 | Çap et
Papanın üzünə iki dəfə telefonu qapatdı
Şikayətlərini və problemlərini dilə gətirmək üçün ona məktub yazan vətəndaşlarla tez-tez əlaqə saxlayan Roma Papası Fransisk çətin duruma düşüb.

Axar.az xəbər verir ki, Papa müraciət edən bir xəstə ilə əlaqə saxlamaq üçün ona zəng edib. Lakin xəstə onunla danışan şəxsin Papa olduğuna inanmayaraq telefon əlaqəsini kəsib.

Yerli “L'Osservatore Romano” qəzetinin məlumatına görə, Franko Rabuffi adlı vətəndaş bunu zarafat hesab edib və buna görə də Papanın üzünə telefonu bağlayıb. Papa Fransisk ikinci dəfə zəng etsə də, istəyinə nail ola bilməyib. Yalnız üçüncü cəhddə ruhani lider xəstə ilə danışmağa müvəffəq olub.

Qəzetə açıqlama verən Rabuffi danışdığı şəxsin Papa olduğunu bildikdə çox pərtləşdiyini deyib:
“Yaxşı ki, Papa köməyimə yetişdi və məni güldürdü”.

Bu hadisədən sonra Papa ilə görüşən Franko Rabuffi ondan üzr istəyib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net