Əli Ömərov sədr seçildi
Tarix: 1-05-2015, 17:53 | Çap et
Əli Ömərov sədr seçildi
Deportasiya Qurbanları Cəmiyyəti (DQC) İdarə Heyətinin toplantısı keçirilib.

Virtualaz.org DQC-nin mətbuat xidmətinə istinadən bildirir ki, toplantıda təşkilati məsələlər müzakirə edilib və qurumun dönəm sədri dəyişib.

İdarə Heyətinin üzvləri əvvəlki dönəm sədri Nurəddin Osmanlıya indiyə qədər göstərdiyi fəaliyyətə görə dərin təşəkkürünü ifadə ediblər. Daha sonra dövlət ədliyyə müşaviri, ordu generalı, sabiq baş prokuror Əli Ömərov yeni dönəm sədri seçilib.

Məlumatda o da qeyd olunur ki, Deportasiya Qurbanları Cəmiyyətinin İdarə Heyəti saxta erməni genosidi, qarşıdan gələn I Yay Olimpiya Oyunları ilə bağlı da müzakirələr aparıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net