Rusiya şirkəti Azərbaycan alıcısını saxta dərmanla necə zəhərləyir?
Tarix: 1-05-2015, 17:44 | Çap et
Rusiya şirkəti Azərbaycan alıcısını saxta dərmanla necə zəhərləyir?
Bir çox ölkələrin, eləcə də Azərbaycanın üzləşdiyi ciddi problemlərdən biri də saxta dərmanlarla bağlıdır.

Vertikal.Az-ın məlumatına görə, saxta dərmanların böyük faizi inkişaf etmiş dövlətlərdə istehsal olunur və inkişaf etməkdə olan ölkələrin bazarlarında satışa çıxarılır. Statistik rəqəmlərin təhlili saxta dərmanların 60 faizinin Çindən gətirildiyini göstərib. Lakin Azərbaycana Rusiyadan da xeyli miqdarda saxta dərmanlar gətirilır. Səhiyyə Nazirliyinin vaxtaşırı saxta dərmanlarla bağlı açıqladığı siyahı da bunu təsdiq edir.

Ancaq buna baxmayaraq, saxta dərman istehsalı və satışı ilə məşğul olanlar bu cinayət əməlindən əl çəkmir və insanları ölüm riski ilə üz-üzə qoymaqda davam edirlər.

Azərbaycanda əhalinin ən çox istehlak etdiyi dərmanlardan biri də Pantoqamdır. Qeyd edək ki, Yaponiyada 1990-cı ildə qəbulundan sonra bir sıra ölümcül ağırlaşmalara görə Pantoqamın istifadəsi dayandırılıb. Başqa inkişaf etmiş dövlətlərdə də bu preparat istifadə olunmur. Amma aptekçilərin apardığı qeydlərdən bəlli olur ki, bizdə həkimlər pasiyentlərə belə dərmanlar yazırlar. Səhiyyə Nazirliyinin qadağan olunmuş dərman vasitələrinin siyahısında Rusiyanın "Pik-Farma Pro" şirkətinin məhsulu Pantoqam da var. Ümumiyyətlə nazirliyin qadağan siyahısına Rusiya dərmanları "liderlik" edir.

Qeyd edək ki, "Pik-Farma Pro" 1994-cü ildə yaradılıb və baş ofisi Moskvada yerləşir. Bu kompaniyanın ilk məhsulu da elə Pantoqam həbi olub. Firma yarandığı vaxtdan Panroqam və digər məhsullarını əksər MDB ölkələrinə, o cümlədən Azərbaycana ixrac edir. Firmanin internat saytında onun tərəfdaşlarının siyahısı yer alıb.

Araşdırmalara görə, ölümcül təsiri olan Pantoqamın Azərbaycan bazarına idxalı ilə "Pik-Farma Pro"nun partnyoru olan və ofisi Nijniy Novqorod şəhərində yerləşən “Farmokomplekt” Acıq Səhmdar Cəmiyyəti məşğul olur. “Farmokomplekt” qeydiyyatı olmayan Pantoqamla (N50) yanaşı bir sıra saxta dərmanların da Azərbaycan bazarında yayılmasında xüsusi rol oynayır.

Maraqlıdır, görəsən, Səhiyyə Nazirliyinin saxta və qadağan elan etdiyi Pantogam Azərbaycanda hansı yollarla yayılır? Ümid edirik ki, aidiyyatı qurumlar bu məsələyə diqqət yetirəcək və insan sağlamlığı üçün ciddi risk yaradan saxta Rusiya dərmanlarının Azərbaycanda satışının qarşısı alınacaq.///pia.az





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net