Kəşfiyyatımız əməliyyatda (VİDEO)
Tarix: 1-05-2015, 16:06 | Çap et
Kəşfiyyatımız əməliyyatda (VİDEO)
Cəbhədə gərginlik artmaqdadır. Ermənistanın separatçı, cinayətkar rejimin rəhbərləri Azərbaycan Ordusunun gücündən qorxub-çəkindiklərini artıq özləri etiraf edirlər.

“İşğalçılarla mübarizəmizin birinci mərhələsi uğurla başa çatdı. İkinci həlledici mərhələdə ərazilərimizi işğalçı, cinayətkar ünsürlərdən təmizləyəcəyik”- müdafiə naziri general polkovnik Zakir Həsənov bildirib.

Azərbaycan silah üstaları gələn həftə Türkiyədə keçiriləcək “İDEF” silah sərgisində müdafiə sənayemizin hansı yeni məhsullarını nümayiş etdirəcəklər? Azərbaycan müdafiə nazirinin Türkiyə Silahlı Qüvvələrinin komandan heyətilə görüşlərində birgə fəaliyyətin yeni mərhələsinin bünövrəsi qoyuldu. Həftənin hərbi yenilikləri - “HƏR BİR XƏBƏR”də... Azərbaycanın müdafiə sənaye müəssisəsində yerli istehsal olaraq yeni döyüş texnikasına çevrilən BRDM – kəşfiyyat dozor döyüş maşını - “ARSENAL”da...

ANS PRESS-in məlumatına görə, sabah ANS kanalındakı “Marş” verilişində Daxili Qoşunların hərbi hissəsindən hazırladığımız reportajda cinayətkar qrupu zərərsizləşdirən xüsusi təyinatlıları göstərəcəklər.

Mayın 2-də saat 15:20-də ANS TV-də "MARŞ"a baxmağı unutmayıb.







Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net