Deputat: “Bəziləri bu yolla varlanmağa çalışırlar”
Tarix: 1-05-2015, 16:02 |
Çap et
“Azərbaycan cəmiyyətinin etimadını qazanmayan, ölkə daxilində uğur qazana bilməyənlərin xaricdə ölkəmizin adından danışmağa mənəvi haqqı yoxdur”.
Bu sözləri Editor.az-a aşıqlamasında Milli Məclisin deputatı Çingiz Qənizadə söyləyib.
Onun sözlərinə görə, bəziləri bu yolla varlanmağa çalışırlar:
“Bütün hallarda dövlətin, dövlətçiliyin əleyhinə fəaliyyət göstərib, var-dövlət qazanmaq yolverilməzdir. Çox təəssüf ki, bəziləri bütün mənəvi dəyərlərə və vətəndaşlıq borcuna baxmayaraq, buna gedir, ölkəmizi nüfuzdan salmağa səy göstərirlər. Amma unudurlar ki, onların Azərbaycanın adından danışmağa, bəyanatlar verməyə mənəvi haqqı yoxdur. Heç şübhəsiz həmin qüvvələrin arxasında bəlli dairələr dayanır və təxribatçı qüvvələrdən istifadə etməklə, Azərbaycanda gedən inkişafa mane olmağa çalışırlar”.