Nənəsilə yol qəzasına düşən nəvə öldü
Tarix: 1-05-2015, 15:35 | Çap et
Nənəsilə yol qəzasına düşən nəvə öldü
Xırdalanda nənəsi ilə birgə yol-nəqliyyat hadisəsi zamanı yaralanmış azyaşlı nəvə xəstəxanada dünyasını dəyişib.

ANS PRESS-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, aprelin 26-da Xırdalan şəhərində Bakı şəhər sakini Qurban Maqsudov idarə etdiyi “VAZ-2108” markalı avtomobillə yolu keçən həmyerliləri Bikə Mehdiyevanı və onun nəvəsi Orxan Mehdiyevi vurub.

Qəza nəticəsində piyadalar xəstəxanaya yerləşdiriliblər. O.Mehdiyev aprelin 30-da orada ölüb.

Abşeron rayon Polis İdarəsinin tərəfindən araşdırma aparılır.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net