`Sovetski`də söküntü dayandırılmayacaq - AÇIQLAMA
Tarix: 1-05-2015, 15:07 |
Çap et
Bakıda keçiriləcək Avropa Oyunları ilə əlaqədar `Sovetski`də aparılan söküntü işlərinə fasilə verilməyəcək.
Bu barədə AzVision.az-a Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Səməd İslamov məlumat verib. İcra rəsmisinin sözlərinə görə, söküntü işçiləri işlər yekunlaşmaq üzrədir: “Söküntü və sənədləşdirmə işləri davam edir. 6 mərhələ üzrə apardığımız işləri tam başa çatdıracağıq. Vətəndaşların köçürülməsi prossesi də hazırda davam edir.
İndi şəhərin bir çox yerlərində, o cümlədən Nərimanov prospektində hasarlama işləri aparılır. Ətrafın toz-torpaq olmaması üçün söküntü işləri aparılan ərazilər tam olaraq hasarlanacaq. Avropa Oyunlarının `Sovetski`də aparılan işlərə heç bir aidiyyatı yoxdur. Çünki həmin ərazi Avropa Oyunları üçün müəyyən edilən maşrut xətti üzərində yerləşmir.
Hazırda təxminən 8 min 600-ə qədər evdə ölçü işləri aparılıb. Söküntüsü nəzərdə tutulan yaşayış və qeyri-yaşayış evlərinin sayı isə 10 min 500-dür. Arıq işlərimiz yekunlaşamaq üzrədir”.