Bəhruz Quliyev: “O, özünə hörmət etsəydi, üzr istəyərdi”
Tarix: 1-05-2015, 14:31 | Çap et
Bəhruz Quliyev: “O, özünə hörmət etsəydi, üzr istəyərdi”
“Bir halda ki, ABŞ demokratiyadan danışır, onda özünün də borcudur ki, irqi ayrıseçkiliyə son qoysun, öz vətəndaşlarının hüquqlarına hörmətlə yanaşsın. Yox bunu etmirsə, daha burnunu başqa dövlətlərin daxili işinə soxmasın”.

Bu sözləri Editor.az-a açıqlamasında “Səs” qəzetinin və eyniadlı media qrupun rəhbəri Bəhruz Quliyev söyləyib.

Onun sözlərinə görə, Con Kerrinin timsalında ABŞ-ın əsl siması ifşa olundu:

“Əgər özünü dünyada “demokratiyanın beşiyi” adlandıran bir ölkənin xarici siyasətinə rəhbərlik edən şəxsin ofisində başqa dövlətləri nüfuzdan salmaq üçün iş aparılırsa, bu artıq ABŞ-ın hansı məqsədlərə xidmət etdiyini aydın şəkildə ortaya qoyur. Heç kimə sirr deyil ki, Azərbaycana qarşı hücumların arxasında erməni lobbisi dayanır. Erməni lobbisi ABŞ kimi hegemon bir dövlətin aparıcı şəxsini öz təsir dairəsinə alıbsa, bu artıq dünyada “demokratiya oyunları”nın hardan qaynaqlandığını və hansı məqsədlərə xidmət etdiyini nümayiş etdirir. Gah insan haqlarından, gay heyvan haqlarından danışıb, dövlətləri ləkələmək heç kimə, o cümlədən ABŞ-ın dövlət katibinə uğur gətirməyəcək. Con Kerrinin özünə hörməti olsaydı, Azərbaycandan üzr istəyərdi”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net