"SOCAR Türkiyədə "Total"ın YDM-lərini almaq istəmir"
Tarix: 1-05-2015, 13:26 |
Çap et
SOCAR “Total” şirkətinin Türkiyədəki yanacaqdoldurma stansiyalarını almaqda maraqlı deyil.
Bunu jurnalistlərə açıqlamasında SOCAR prezidenti Rövnəq Abdullayev bildirib.
“Mən özüm bu barədə KİV-dən öyrəndim. Məsələ nəzərdən keçirilə bilər, amma xüsusi marağımız yoxdur. İlk növbədə Türkiyədə neft emalı zavodunun inşaasını, həmçinin toptan yanacaq satışını reallaşdırmalıyıq. Türkiyədə marja çox aşağıdır və əgər mənfəət olsaydı, “Total” stansiyaları satmaq qərarı verməzdi”, - deyə SOCAR rəhbəri qeyd edib.