“Ölüm hökmünün bərpasına ethiyac yoxdur”
Tarix: 1-05-2015, 12:47 | Çap et
“Ölüm hökmünün bərpasına ethiyac yoxdur”
30 apreldə Macarıstanın baş naziri Viktor Orban bəyan edib ki, o, ölüm hökmünün bərpası məsələsini Avropa İttifaqı üzrə müttəfiqləri ilə müzakirə etmək istəyir.
Viktor Orban deyib ki, ağır cinayətlər üçün hazırda mövcud olan cəzalar çox yüngüldür və “ən ağır cəza” gündəlikdə saxlanmalıdır.
Macarıstan baş naziri bu məsələni ötən həftə gənc bir siqaret satanın qətlə yetirilməsindən sonra qaldırıb.
Avstriyanın millət vəkillərindən Joerg Leichtfried bidirib kİ, “ölüm hökmünün” qaytarılması “vəhşilik” olardı.
Macarıstanda ölüm hökmü 1990-cı ildə kommunizmin çöküşündən sonra ləğv olunub.
30 apreldə Bakıda 13 gün əvvəl qadını mənzilində döyərək qətlə yetirmiş Şabran rayon sakini tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, aprelin 17-də Suraxanı rayonunun Bülbülə qəsəbəsində yaşayan Çiçək Alıyevanı mənzilində döyərək qətlə yetirmiş Şabran rayon sakini, əvvəllər məhkum olunmuş Elnur İsmayılov tutulub. (Trend). Azərbaycanda ölüm hökmü 29 may 1996-cı ildə ləğv olunub.
Ancaq cəmiyyətdə ölüm hökmünün bərpası ilə bağlı fikirlər səslənir. Bu məsələ ilə bağlı Milli Məclisin ( MM ) üzvlərinin fikirlərini öyrənmək qərarına gəldik.
MM-in üzvü Vahid Əhmədov Qafqaz Xəbər Agentliyinə (qafqaznews.org) bildirdi ki, ömrü verən Allahdır və onu kimsə ala bilməz. MM-in başqa bir üzvü Rüfət Quliyev isə Qafqaz Xəbər Agentliyinə (qafqaznews.org) bildirib ki, ölüm hökmünün bərpasının əleyhinəyəm, çünki biz Avropaya inteqrasiya olunuruq və orada ölüm hökmü ləğv olunub.
MM-in üzvü Yevda Abramov da öz həmkarlarını dəstəkləyib: “ Mən ölüm hökmünün bərpa olunmasının əleyhinəyəm. Ölüm hökmü ümumilli lider Heydər Əliyevin düşünülmüş siyasətinin nəticəsi idi”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net