Qarabağ üçün böyük şans
Tarix: 1-05-2015, 12:38 | Çap et
Qarabağ üçün böyük şans
Tom Malinovskinin Bakıya səfəri şübhəsiz iki ölkə arasında son günlərdə yaranmış gərginliyi yumşaldacaq.

ANS PRESS-in məlumatına görə, bu fikri politoloq Qabil Hüseynli ABŞ dövlət katibinin demokratiya və insan haqları məsələləri üzrə müavini Tom Malinovskinin Bakıya səfər edəcəyi ilə bağlı yayılmış xəbəri şərh edərkən bildirib.

Qabil Hüseynli son günlərdə Azərbaycanda ABŞ dövlət katibi Con Kerrinin ünvanına səslənən tənqidləri də xatırladıb. “Şübhəsiz ABŞ-ın əsas məqsədi bu deyilənlərin əsassız olduğunu sübut etməkdir. Amma istənilən halda, populyar informasiya agentliyi Kerrinin ofisinin Azərbaycanda Avropa oyunlarının keçirilməsinə mane olmaq üçün mərkəzə çevrilməsi ilə bağlı analitik material təqdim edirsə, yüksək çinli dövlət məmurlarından biri “Bizi Liviyaya çevirmək istəyirlər” mesajını verirsə, bu, münasibətlərin gərginliyindən xəbər verir”,- deyə Qabil Hüseynli ANS PRESS-ə bildirib.

Onun sözlərinə görə, hər iki tərəfin bir-birinə irad və tələbləri var, yəqin ki, Tom Malinovskinin gəlişi ilə tərəflər konsensusa gələ biləcəklər. “ABŞ-ın QHT təmsilçilərinin həbsi ilə bağlı tələbləri var və yəqin ki, Bakı müəyyən tələblər qarşılığında Vaşinqtonun bu istəyini yerinə yetirəcək. Düşünürəm ki, yaxın günlərdə mərhum przedinet Heydər Əliyevin ad günü münasibəti ilə böyük əhv olacaq və həmin QHT təmsilçiləri də həbsdən aza olunacaq”,- deyə Qabil Hüseynli vurğulayıb.

Politoloq Fikrət Sadıqov isə ANS PRESS-in əməkdaşı ilə söhbətində Azərbaycanın ABŞ qarşısında qaldıracağı tələblərə toxunub. Onun fikrincə, hazırda ABŞ-ın dünya dövləti rolu oynamaq istəyi heç kimdən gizli deyil. Dünyada az-çox müstəqil siyasət yeridən dövlətlər Vaşinqtonu qıcıqlandırır və buna görə də həmin dövlətlərə qarşı insan haqları, QHT-lər, mətbuat azadlığı kimi anlayışlar vasitəsi ilə tələblər irəli sürür.

“Bizim də bu tələblər qarşısında öz tələblərimiz var. Əgər Amerika dünya dövlətidirsə, dünyada müəyyən dominat rol oynayırsa, Dağlıq Qarabağla bağlı BMT-nin qəbul etdiyi qətnamələrin gerçəkləşdirilməsinə nail olmalıdır. Ermənistanın danışıqlarda özünü ədabaz aparmasına göz yummamalı, seperatizmin dəstəklənməsinə qarşı mübarizə aparmalıdır. Yəni ABŞ məhz Qarabağ danışıqlarında bizə dəstək verməlidir və Ermənistana dəstəyini dayandırmalıdır”,- deyə Fikrət Sadıqov vurğulayıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net