İstanbuldakı aksiyalarda 4 nəfər saxlanılıb
Tarix: 1-05-2015, 12:30 | Çap et
İstanbuldakı aksiyalarda 4 nəfər saxlanılıb
İstanbul polisi Taksimdə keçirilən "1 May" nümayişləri zamanı üzünü maska ilə gizlədən 4 nəfəri saxlayıb.

Trend-in "Milliyet"ə istinadən verdiyi məlumata görə, bütün saxlanılan şəxslər Türkiyə vətəndaşlarıdır və ölkənin müxtəlif ali məktəblərinin tələbələridir.

Türkiyə parlamenti bu ilin fevralında təhlükəsizlik üzrə islahatlar paketi qəbul edib və yeni qanuna görə, aksiya iştirakçılarına üzlərini gizlətmək, maska taxmaq qadağan olunur.

Bundan başqa, aksiyalarda yandırıcı maddə olan "Molotov kokteyli"nin istifadəsi silah istifadəsi kimi qəbul olunur.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net