“Dollar ucuzlaşmağa, neft isə bahalaşmağa başladı...”
Tarix: 1-05-2015, 12:22 | Çap et
“Dollar ucuzlaşmağa, neft isə bahalaşmağa başladı...”
"Manatın məzənnəsi dünya bazarında neftin qiymətindən asılı olaraq dəyişəcək. Neftin qiymətinin proqnozlaşdırmaq mümkün deyil. Beynəlxalq Valyuta Fondu da proqnozlarını bir neçə dəyişir. Tendensiya belədir ki, proqnozda neftin bahalaşmasından çox, ucuzlaşması nəzərdə tutulur".

Bu sözləri “Qafqazinfo”ya açıqlamasında iqtisadçı ekpert Samir Əliyev dolların ucuzlaşmasına münasibət bildirərkən deyib.

O bildirib ki, manatın devalvasiyasından sonra məzənnə dollara nisbətən 1.05 oldu: “Amma martın ortalarından başalayaraq neft bahalaşdı. Aprel ayı ərzində brent markalı neftin qiyməti 20 faiz bahalaşıb. Hazırda neftin qiyməti 65, 66 dollar civarında dəyişir. Əgər neftin qiyməti 70 dollar səviyyəsinə çatarsa, seçkiyə qədər biz manatın cüzi ucuzlaşmasını müşahidə etməyəcəyik. Neft daha da bahaşaşıb 80-90- dollar civarında olarsa, o zaman manatın bahalaşmasını ehtiva edirəm. Məsələn, bir dollar 90 qəpik kimi götürülə bilər. Neftin qiyməti tamamilə düşüb 40 dollar həddində olarsa, biz iknci kəskin devalvasiyasının şahidi olacağıq”.

Ekspert vurğulayıb ki, hazırda neftin bahalaşmasınınn bir səbəbi Yəmən ətrafında baş verən proseslərdir: “İkinci səbəb isə dolların ucuzlaşmasıdır. Dollar ucuzlaşan kimi neft bahalaşır. FED-in srağagün keçirilən iclasında Amerika iqtisadiyyatın vəziyyəti müzakirə olundu. Statistika onu göstərdi ki, nəzərdə tutulan 1 faizlik artım gözləntisi fonunda 0,2 faiz artım qeydə alındı. Bu da onu göstərdi ki , FED qarşıya qoyulan məqsədinə nail olmayıb. Hesabatda uçot dərəcəsinin qaldırılması ilə bağlı fikir səslənmədi. Uçot dərəcəsinin qaldırılması da bir qayda olaraq həmin ölkənin valyutasını bahalaşdırır. Bu qərar verilmədiyinə görə də, dollar ucuzlaşmağa, neft isə bahalaşmağa başladı”.

Dolların ucuzlaşmasının avroya problem yaratdığını qeyd edən S. Əliyev bildirib ki, belə olan halda avro bahalaşır: “ Bu isə Avropa iqtisadiyyatına mənfi təsir göstərir. FED eyni zamanda açıqlamasında belə bir ifadə işlətdi ki, birinci rübdə iqtisadiyyatda gözlənilən artım baş verməsə də, bu, müvəqqəti xarakter daşıyır. Bu da o deməkdir ki, FED əmindir ki, növbəti ikinci rübdə iqtisadi artım yüksək olacaq. Çox güman ki, payızda uçot dərəcəsinin qaldırılmasına baxıla bilər”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net