Ərəbistanın Yəmənə təcavüzü ilə bağlı tələfatın ilkin statistikası
Tarix: 1-05-2015, 11:51 | Çap et
Ərəbistanın Yəmənə təcavüzü ilə bağlı tələfatın ilkin statistikası
Səudiyyə Ərəbistanının Yəməndəki cinayətlərinin araşdırılması və qeydə alınması hüquqi koalisiyası ilk statistikasını elan edib: Səudiyyə Ərəbistanının Yəmənə təcavüzünün əvvəlindən indiyə qədər 1360 yəmənli həlak olub.

Səudiyyə Ərəbistanının Yəməndəki cinayətlərinin araşdırılması və qeydə alınması hüquqi koalisiyası cümə axşamı günü Yəmən paytaxtı Sənada keçirdiyi mətbuat konfransında bildirib: Səudiyyə təcavüzkarlarının Yəmənə hücumlarının qurbanlarının sayı 1360 ölü və 3365 nəfər yaralıya çatmışdır. Hücumların qurbanları arasında 435 uşaq və 327 qadın müşahidə olunur.

Bu məlumata görə, Səudiyyə Ərəbistanı 35 günlük təcavüzündə Yəmənin mülki vətəndaşlarına qarşı 4200 dəfə hava hücumu edib. Bundan əlavə sivilləri gəmilərdən atəşə tutub.

Səudiyyə Ərəbistanının Yəməndəki cinayətlərinin araşdırılması və qeydə alınması hüquqi koalisiyası bildirib: Səudiyyəli təcavüzkarlar Yəmənə humanitar yardımlar gətirən təyyarələri hədəfə alırlar.

Bu koalisiyanın bildirdiyinə əsasən, Ərəbistanın Yəmənə hücumları nəticəsində indiyə qədər 35 məktəb, 26 xəstəxana, 25 məscid, 10 aeroport və 10 arxeoloji məntəqə dağılıb. Eləcə də Ərəbistanın Yəmən paytaxtı Sənanı bombalamaqda radioaktiv maddələrdən istifadə edir.

Səudiyyə Ərəbistanının Yəməndəki cinayətlərinin araşdırılması və qeydə alınması hüquqi koalisiyası əlavə edib: Ərəbistanın təcavüzkar hücumları nəticəsində Yəmənin Həccə şəhəri demək olar ki, tamamilə dağılıb və bu koalisiya bu şəhərin dağıdılmış şəhər kimi nəzərdə tutulmasını istəyib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net