Məhkəmə aşpaza 48 il və pul cəzası kəsdi
Tarix: 1-05-2015, 11:15 | Çap et
Məhkəmə aşpaza 48 il və pul cəzası kəsdi
İspaniyada məhkəmə keçmiş aşpaza 48 il iş kəsib. Lent.az-ın Lenta.ru-ya istinadən məlumatına görə, o, həmkarlarını zəhərləməkdə günahlandırılır.

57 yaşlı kişi 2005-ci ildən 2012-ci ilə qədər yeməklərə alkoqolizmdən müalicə zamanı istifadə edilən preparat əlavə edirmiş. Bu preparatı qəbul etdikdən sonra spirtli içki qəbul etdikdə ürək bulanması, baş ağrısı, sinədə ağrılar, zəiflik hiss olunurmuş.

Beləliklə, yeməkdən sonra alkoqol qəbul edənlərdə yuxarıdakı hallar baş verdikcə, işçilər öz istəkləri ilə ərizə yazıb, işdən uzaqlaşırlarmış. Bu yolla o, 19 nəfəri işdən kənarlaşdırıb.

İspaniyalı preparatı şəxsi münasibəti olan aptekdən reseptsiz alırmış. Aşpaz köməkçisi günahını etiraf etməsə də, aptekin farmasevti onun mütamadi dərman aldığını deyib.

Azadlıqdan məhrum etmə ilə yanaşı, o, zərərçəkmişlərə 43580 avro kompensasiya, 17091 avro isə cərimə olaraq ödəməlidir.





Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net