"Oğlum məni qısqanır, kliplərimə baxmır"
Tarix: 30-04-2015, 18:01 | Çap et
"Oğlum məni qısqanır, kliplərimə baxmır"
Müğənni Mustafa Sandalın həyat yoldaşı Əminə Sandal siması olduğu markanın təqdimat mərasiminə qatılıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, işlərinin çox olması səbəbindən ailəsinə vaxt ayıra bilməməkdən şikayətlənən Əminə həyat yoldaşının başadüşən biri olduğunu deyib:

“Mən Mustafa ilə tanış olanda artıq müğənni idim. Sonra karyeram başqa istiqamətdə inkişaf etdi. Başqaları bizim həyatımızı başa düşə bilməzlər. Əsas odur ki, Mustafa məni anlayır, bu da mənə bəsdir”. Ə.Sandal Mustafanın onu açıq-saçıq kliplərinə görə artıq qısqanmadığını bildirib:

“Əvvəl qısqanırdı. İndi isə Mustafa yox, oğlum Yaman qısqanır. Kliplərimə baxmır və mənim tanınmış biri olduğumu qəbul edə bilmir. Atasının isə məşhur olmağını çox sevir. Digər oğlum Yavuz isə mənim fanatımdır”.





Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net