“Bu, təkcə Azərbaycana deyil, ABŞ-ın da maraqlarına qarşı yönəlib”
Tarix: 30-04-2015, 17:45 | Çap et
“Bu, təkcə Azərbaycana deyil, ABŞ-ın da maraqlarına qarşı yönəlib”
“Azərbaycan ABŞ-la təhlükəsizlik, enerji sahəsində ciddi tərəfdaşdır, Avropa Birliyinin enerji təhlükəsizliyində böyük rol oynayır. Ölkəmiz Avropa oyunlarını keçirərək Avropadan olan minlərlə qonağı Azərbaycan mədəniyyəti, Azərbaycan dəyərləri ilə tanış etmək istəyir. Və mən çox məmnunam ki, ölkədə Avropa oyunlarına dəstək məqsədilə ictimai koalisiya yaranıb.”


“Qafqazinfo” xəbər verir ki, bu fikri Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə “Bakı 2015 Birinci Avropa Oyunlarına Dəstək” Vətəndaş Cəmiyyəti Koalisiyasının “Qərbin ikili standartları: demokratiya və insan hüquqları” mövzusunda keçirdiyi dəyirmi masada səsləndirib. Sözügedən koalisiyanın Azərbaycana qarşı çevrilən, Türk nifrətilə yaşayan qüvvələrin qarşısını almağa yönələn bir qurum olmasını arzuladığını bildirən A.Mollazadə ABŞ-da, Avropada yaşayan çoxmilyonlu qrupların Azərbaycana qarşı çirkin təbliğat apardığını deyib:

“Çünki onlar son vaxtlar erməni cinayətlərini ifşa edən məsələlərin gündəmə gəlməsindən çox narahatdırlar. Artıq ABŞ-ın 19 ştatı Xocalı soyqırımı ilə bağlı qətnamə qəbul edib. ABŞ-ın 25 ştatında Azərbaycanın mövqeyini dəstəkləyən bəyanatlar verilib”.

Millət vəkilinin fikrincə, ABŞ-dakı antiazərbaycan əhval-ruhiyyəsi yaradan erməni lobbiçiliyi təkcə Azərbaycana qarşı deyil, həm də ABŞ-ın öz maraqlarına qarşı yönəlib: “Konqresdə, Senatda erməni lobbiçiliyini edən siyasətçilər var. Təəssüf ki, onlar hökumətə daxil olarkən də öz lobbiçilik siyasətlərinə son qoya bilmirlər. Bu fəaliyyət tək Azərbaycanın əleyhinə deyil, həm də Azərbaycanın dostu olan ABŞ-ın siyasətinə, maraqlarına qarşıdır. Bu fəaliyyət yalnız erməni lobbisinin maraqlarına uyğundur”.

A.Mollazadə əlavə edib ki, Azərbaycanın ictimai təşkilatları da, gəncliyi də Avropa oyunları ərəfəsində ölkəmizə qarşı aparılan bu kampaniyaya beynəlxalq səviyyədə öz etirazlarını bildirməlidirlər.





Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net