Hikmət Kərmov türmədə “danışdı”
Tarix: 30-04-2015, 16:53 | Çap et
Hikmət Kərmov türmədə “danışdı”
Bir müddət əvvəl Qafqaz Xəbər Agentliyində “Biləcəri sakinləri Bakı ŞBPİ-nin əməliyyatçısından şikayətçidir” başlıqlı məqalə dərc olunmuşdur. Biləcəri qəsəbəsindən daxil olan şikayət məktubunda bir qrup valideyn qeyd edir ki: Biləcəri qəsəbəsindəki kooperativ adlanan binanın sakini, Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə mübarizə şöbəsinin əməliyyat müvəkkili, polis kapitanı Pərviz Vəliyev dəfələrlə onlara xəbərdarlıq göndərib ki, övladlarınızı həbs edəcəm…Görünür Pərviz Vəliyev öz gücünü böyüyüb-başa çatdığı məhlənin adamlarına sübut eləmək istəyir. Hətta polis kapitanı məhlə sakinlərini əməkdaşlığa da cəlb etməyə cəhd edir. Müraciətdə qeyd olunurdu ki, məhlə sakinləri bu barədə ərazi inspektoruna şikayət edəndə, o bildirib ki, Pərviz Vəliyevin qardaşı Sərvər Vəliyev Prezident Aparatında ( PA ) vəzifə sahibidir, ondan şikayət etmək olmaz. Müraciətdən sonra apardığımız araşdırma zamanı bəlli oldu ki, Vəliyevlər fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin ( ABU ) keçmiş rektoru, hazırda Fransada yaşayan Elşad Abdullayevlə çox sıx münasibətdə olublar. Qardaşlardan biri Pərviz Vəliyev əvvəlcə ABU-da təhsil alıb və sonradan Bakı Dövlət Universitetinə köçürülüb. Digər qardaş Sərvər Vəliyev isə ilk əmək fəaliyyətinə Ədliyyə Nazirliyindən başlayıb və sonradan Prezident Aparatına transfer olunub. Elşad Abdullayevin yetirməsi olan Pərviz Vəliyev isə DİN-in İşlər idarəsində xidmətə başlayaraq sonradan Narkotiklərlə mübarizə sahəsinə təyinat alıb.

Sonuncu araşdırmamız isə Pərviz Vəliyevin Biləcəri qəsəbəsində bir yerdə böyüdüyü narkotacir ləqəbli Hikmət Kərimov barəsindədir.Araşdırma zamanı məlum oldu ki, vaxtilə Biləcəri qəsəbəsində narkotik maddələrin satışı ilə məşğul olan Kərimov Hikmət Qiyas oğlu, 2 il əvvəl narkotik maddələrnin satışı səbəbindən Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən həbs olunub. İstintaq zamanı Hikmət Kərimov narkotik maddələrin mənbəyini, yəni haradan əldə etməsini açıqlamayıb. Redaksiyamıza yeni daxil olan məlumata görə, türmədə olan Hikmət son günlər mənbəni açıqlmaq qərarına gəlib. Hikmət Kərimov yaxın qohumlarına bildirib ki, 2 il əvvəl mənbə mənə problemlərimin həll olunacağı ilə bağlı təminat vermişdi, ona görə də mənbəni açıqlamadım. Ancaq mənbə vədinə əməl etmədiyinə görə, Hikmət Kərimov danışmaq qərarına gəlib. Hikmət Kərimovun həbsdən əvvəl kimin məxfi əməkdaşı olması və mənbə haqqında, həm də arxa tarixə məxfi əməkdaşlıq kartotekasına əl gəzdirməklə bağlı şok məlumatları yaxın günlərdə Qafqaz Xəbər Agentliyində izləyə biləcəksiniz.





Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net