Qətldə təqsirləndirilən bir ailənin 3 oğlu MƏHKƏMƏ QARŞISINDA
Tarix: 30-04-2015, 15:50 | Çap et
Qətldə təqsirləndirilən bir ailənin 3 oğlu MƏHKƏMƏ QARŞISINDA
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirli bilinən Nadir, Əziz və Cahid Qədəşovların cinayət işi üzrə məhkəmə prosesi start verilib. Lent.az-ın məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən qardaşların anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı mayın 4–ə təyin edilib.
Qeyd edək ki, keçən ilin avqustun 25-də Xəzər rayon Şağan qəsəbəsi, Əzizbəyov küçəsi, ev 88-də 1965-ci il təvəllüdlü Ülkər Abdullayev, 1962-ci ildə doğulan Tərlan Abdullayev, onun övladı 1987-ci il təvəllüdlü Rəhman Abdullayev bıçaqlanıb.

Onlar ağır vəziyyətdə Sabunçu xəstəxanasına yerləşdiriliblər. Bıçaqlanan şəxslər dərhal cərrahi əməliyyata alınıb. Həkimlərin səyinə baxmayaraq Ülkər Abdullayev dünyasını dəyişib.

İstintaq araşdırması zamanı cinayətin Nadir, Əziz və Cahid Qədəşovlar tərəfindən törədilməsi müəyyən edilib. Onlar Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həbs edilib.

İttihama görə, hadisədən bir gün əvvəl Ülkər Abdullayevanın oğlu Rəhman toydan evə gec saatlarda, səhərə yaxın qayıdıb. Buna görə həyat yoldaşı ona irad tutub. Bunun əsasında münaqişə başlayıb. Bu münaqişəyə nəinki oğlanın valideynləri, hətta qızın valideynləri belə qarışıb. Onlar isə özlərini çox gözlətmədən qudalarının evində peyda olublar. Qarşılıqlı ittiham və təhqirlər davam edib, qohumlar münasibəti aydınlaşdırmadan ayrılıblar.

Səhərisi gün Abdullayevlərin evinə gəlinin qardaşları, atası və digər qohumlar gəlib. Qalmaqal davam edib. Münaqişə isə Nadir Qədəşovun bıçaqla bacısının qaynanasını öldürməsi, qaynını yaralaması ilə nəticələnib. Hətta hadisə vaxtı Cahid Qədəşov da yaralanıb.





Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net