Diktator və Olland Putinə “yox” dedi
Tarix: 30-04-2015, 14:52 | Çap et
Diktator və Olland Putinə “yox” dedi
Şimali Koreya lideri Kim Çen In Moskvada Böyük Vətən müharibəsində Qələbənin 70 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etməyəcək.

AzVision.az “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov bildirib.

Onun sözlərinə görə, Şimali Koreya lideri həmin gün paytaxt “Pxenyanda qalmaq qərarı verib”.

“O, Moskvadakı parada qatılmayacaq. Bu qərar diplomatik kanallar vasitəsilə bizə çatdırılıb. Bu qərar Şimali Koreyanın daxilindəki işlərlə əlaqədardır”, - deyə Peskov vurğulayıb.

Peskov həmçinin əlavə edib ki, Fransa prezidenti Fransua Ollandın da mayın 9-u Rusiyaya səfəri planlaşdırılmır: “Məndə olan məlumata görə, o başqa yerə səfər edəcək”.

Qeyd edək ki, daha əvvəl Bolqarıstan prezidenti Rosen Plevneliyev, Avstriya prezidenti Haynts Fişer, İsveçin baş naziri Stefan Leven və Yaponiya baş naziri Sindzo Abe Moskvada Böyük Vətən müharibəsində Qələbənin 70 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etməyi planlaşdırmadığını bildirmişdi.





Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net