Yol polisi: Avtomobilini texniki baxışdan vaxtında keçirməyənlər cərimələnəcək
Tarix: 30-04-2015, 13:13 | Çap et
Yol polisi: Avtomobilini texniki baxışdan vaxtında keçirməyənlər cərimələnəcək
“VAZ” və MDB ölkələrində istehsal olunan digər markalı minik avtomobillərinin Azərbaycanda texniki baxışdan keçməsi üçün təyin edilən müddət bu gün bitir.

Bunu Trend-in sorğusuna cavabında Daxili İşlər Nazirliyi (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib.

K.Əliyevin sözlərinə görə, texniki baxışdan keçməli olan, lakin bunu etməyən nəqliyyat vasitələrinin idarə olunmasına görə sürücülər məsuliyyətə cəlb olunacaqlar: “Vaxtında texniki baxışdan keçmədiyinə görə fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 300 manat məbləğində cərimə olunacaq”.

Şöbə rəisi sürücüləri avtomobillərini vaxtında texniki baxışdan keçirməyə çağırıb: “Qanunvericiliklə onlara texniki baxışdan keçmək üçün kifayət qədər vaxt verilir. Bu işi son günə saxlamaq lazım deyil. Bu, ilk növbədə həmin avtomobil sahiblərinin və sürücülərinin təhlükəsizliyi üçün lazımdır. Avtomobilini texniki baxışdan hələ keçirməyənlər bu gün iş gününün sonunadək müraciət edə bilərlər”.





Xəbərlər
 
 
07-05-2024 12:18
 
 
 
 
 
07-05-2024 09:57
 
 
 
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net