Azərbaycan Xarici İşlər Nazirliyinin «Qara Siyahı»sında kimlər var?
Tarix: 30-04-2015, 13:10 | Çap et
Azərbaycan Xarici İşlər Nazirliyinin «Qara Siyahı»sında kimlər var?
FaktXəbər-in verdiyi məlumata görə, Azərbaycan Xarici İşlər Nazirliyi «Qara Siyahı»dap olan şəxslərin adlarını açıqlayıb. Həmin şəxslərin adları ilə bu linkdən tanış ola bilərsiz: http://mfa.gov.az/files/file/Yenilenmish_30.04.15.pdf

Qeyd edək ki, Azərbaycan Respublikası qanunvericiliyinə əsasən Azərbaycan dövlət qurumları tərəfindən verilmiş viza və ya xüsusi icazə əldə etmədən işğal olunmuş Dağlıq Qarabağ, onu əhatə edən və işğal altında olan rayonlar və işğal olunmuş Kərki, Yuxarı Əskipara, Barxudarlı və Sofulu kəndlərinə səfər Azərbaycanın viza və miqrasiya qanunlarını və ölkənin suverenliyini və ərazi bütövlüyünü pozmuş hesab olunur. Bu ərazilərə qeyri-qanuni daxil olan edən hər hansı xarici vətəndaşın adı avtomatik olaraq Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin tərtib etdiyi arzuolunmaz şəxslərin siyahısına və ya "qara siyahıya" daxil edilir. Azərbaycan höküməti həmçinin müxtəlif ölkələrin vətəndaşı olan erməni əsilli şəxslərin işğal altına qalan ərazilərə səfər edib etməməsindən asılı olmayaraq Azərbaycana daxil olmasına qadağa qoyur.

Qeyd edək ki, siyahıda 30-a yaxın ölkənin, o cümlədən Rusiya, Fransa, ABŞ, Böyük Britaniya, İsveçrə, İran, Türkiyə, Şimali Kipr, Gürcüstan, Avstraliya, Uruqvay vətəndaşlarının adı çəkilir. Bunların əksəriyyəti tanınmamış Dağlıq Qarabağ Respublikasında keçirilmiş qanunsuz seçkilərdə müşahidəçi rolunda iştirak etmiş millət vəkilləri, həmçinin müxtəlif zamanlarda buraya baş çəkmiş müxbirlər, politoloqlar, elm və mədəniyyət adamları təşkil edir. Sonuncular arasında bir vaxt Bakıda konsert proqramı ilə çıxış etmiş italyan estrada müğənnisi Al Bano və dünya miqyaslı ispan opera ifaçısı Montserrat Kabalye də var.





Xəbərlər
 
 
07-05-2024 12:18
 
 
 
 
 
07-05-2024 09:57
 
 
 
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net