Sabah 28˚ isti olacaq
Tarix: 30-04-2015, 13:04 | Çap et
Sabah 28˚ isti olacaq
Mayın birində ölkə ərazisində mülayim hava müşahidə olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, mayın 1-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacaq, şimşək çaxacaq, gündüz əsasən yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 8-13˚, gündüz 19-24˚ isti olacaq.

Mayın 1-də Azərbaycanın bölgələrində də şimşək çaxacaq, qısamüddətli yağış yağacaq, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcək. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu aran rayonlarında gecə 10-15˚, gündüz 23-28˚ isti, dağlarda gecə 6-11˚, gündüz 13-18˚ isti olacaq.





Xəbərlər
 
 
07-05-2024 12:18
 
 
 
 
 
07-05-2024 09:57
 
 
 
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net