Putin Serjə kömək etdi, ancaq...
Tarix: 30-04-2015, 12:23 | Çap et
Putin Serjə kömək etdi, ancaq...
Rusiyanın "Qazprom" şirkətinin rəhbəri Aleksey Miller Ermənistana verilən qazın qiymətinin aşağı salınacağını bildirib. Amma buna baxmayaraq Ermənistanın daxili bazarında qazın tariflər dəyişməz qalacaq.

ANS PRESS-in məlumatına görə, bu barədə "Qazprom Armeniya" şirkətinin mətbuat katibi Şuşan Sardaryan bildirib.

O, istehlakçılara verilən qazın qiymətin aşağı salınmamasına don geyindirib və deyib ki, əhaliyə satılan qazın tariflərində dəyişiklik olmayacaq. Biz dəfələrlə bəyan etmişik ki, şirkətimiz valyutaların dəyişən kursları səbəbindən ciddi zərərə düşüb. İndi qüvvədə olan tariflər əsasında 1 dollar 416 dram səviyyəsindədir. Mərkəzi Bankın bugünkü məzənnəsinə baxdıqda isə rəqəm əhəmiyyətli dərəcədə fərqlənir.

Amma bir gün əvvəl məlum olub ki, "Qazprom"un rəhbəri Aleksey Miller və Ermənistan prezidenti Serj Sarkisyan ölkəyə idxal edilən Rusiya qazına qiymətin azalması haqqında razılığa gəliblər. Moskva Ermənistanın Avrasiya İqtisadi İttifaqına daxil olmasını nəzərə alaraq bu addımı atıb.

Belə ki, Ermənistan üçün 1000 kubmetr qazın qiyməti 165 dollar təşkil edəcək. Əvvəl isə 1000 kubmetr qaz 189 dollara satılırdı.

Ermənistan hakimiyyətinin bu qərarı əhali arasında narazılıqla qarşılanıb. Ekspertlər isə bildiriblər ki, bu, Serj Sarkisyan hakimiyyətinin növbəti blefi, vətəndaşları aldatmağa yönəlmiş fəaliyyətinin nəticəsidir. Əgər Rusiya qazın qiymətini aşağı salırsa, avtomatik olaraq əhaliyə və istehlakçılara satılan qazın qiymətində azalma müşahidə olunmalı idi. Amma, bu ölkədə hər şey əksinə baş verir.





Xəbərlər
07-05-2024 09:57
 
 
 
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net