SSRİ ölkələri bir yerə toplaşdı
Tarix: 29-04-2015, 17:27 | Çap et
SSRİ ölkələri bir yerə toplaşdı
28 aprel 2015-ci il tarixində Moskvanın Böyük Vətən Müharibəsi Muzeyində Rusiyanın Baş naziri Dmitri Medvedyevin iştirakı ilə keçirilən “Birlikdə Əldə Edilmiş Qələbə” adlı forum çərçivəsində qələbənin 70-ci ildönümü ilə əlaqədar “Faşizmə qarşı mübarizədə birlikdə idik” adlı sərginin açılışı keçirilib.

Axar.az xəbər verir ki, layihəyə əsasən, sərginin təşkili üçün SSRİ-nin keçmiş müttəfiq respublikalarına müəyyən sahə ayrılır və bu sahələrdə dəvət almış hər bir ölkənin Böyük Vətən Müharibəsində rolunu əks etdirən tarixi materialları təqdim olunur.

Azərbaycana həsr olunmuş ekspozisiya “Azərbaycanın qızıl ulduzları”, “Azərbaycan xalqının Böyük Vətən Müharibəsi illərində qəhrəmanlığı”, “Hər şey cəbhə üçün, hər şey qələbə üçün” və “416 – Taqanroq atıcı diviziyası” adlı hissələrdən ibarətdir. Baş naziri Dmitri Medvedev Azərbaycan ekspozisiyası ilə yaxından tanış olub və onu yüksək qiymətləndirərək öz təşəkkürünü bildirib.

Qeyd edək ki, sərgi oktyabrın 18-ə qədər davam edəcək.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net