Ölünü qəbirstanlıqda tapmırsansa, deməli müqavilənin vaxtı bitib
Tarix: 29-04-2015, 17:23 | Çap et
Ölünü qəbirstanlıqda tapmırsansa, deməli müqavilənin vaxtı bitib
Ermənistan parlamenti bu gün özəl qəbirstanlıqlar barədə hazırlanmış qanun layihəsi üzrə qərar qəbul edib. Həmin layihə Ermənistan hökuməti tərəfindən parlamentə təqdim olunub.

Qəbul olunmuş qanuna görə, məzarlığın ərazisi 3 hektardan çox olmamalı və məzarlıqların tikilməsi üçün yerli adminstrativ qurumlardan rəsmi icazə alınmalıdır. Sözügedən qərarda digər qanunlarla yanaşı, daha bir amil diqqətdən yayınmayıb. Belə ki, qəbul olunmuş qanun layihəsinə görə, doğmasını dəfn etmiş şəxs məzarlıq rəhbərliyi ilə müqavilə imzalamalıdır. Müqavilədə bildirilir ki, əgər dəfn olunmuş şəxsin qohumları 1 ildən sonra müqaviləni yeniləməsə, həmin vaxt mərhumun nəşi qəbirdən çıxarılaraq, onun yerinə başqası dəfn ediləcək.

Qəbirdən çıxarılmış nəş isə krematoriyada yandırılaraq, kül saxlanılan urnalara qoyulacaq. Əgər bundan sonra da onun sahibi müqavilə imzalamasa, məzarlıq rəhbərliyi həmin külü məhv etmək hüququna malikdir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net