Bakıdakı banklar da xüsusi iş rejiminə keçir
Tarix: 29-04-2015, 16:36 | Çap et
Bakıdakı banklar da xüsusi iş rejiminə keçir
Banklar Avropa Oyunları ilə bağlı banklar iş rejimini dəyişir.

ANS TV-nin məlumatına görə, İlk Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar bank sektoru mayın 1-dən iyulun 1-nə kimi xüsusi iş rejiminə keçəcək. Adi iş günlərindən fərqli olaraq işə daha tez başlayıb, iş gününü tez yekunlaşdıracaqlar. Əksər banklar işə 8:00-dan başlayıb, saat 17:00-da ofisləri bağlayacaqlar. Amma filial və şöbələrdən asılı olaraq bu rejim fərqlidir. Bu addımın məqsədi paytaxt yollarında yarana biləcək tıxacın qarşısını almaqdır. Banklar əmin edirlər ki, iş rejiminin dəyişməsi müştərilərin narahatlığına səbəb olmayacaq.

Banklardan birinin departament rəhbəri deyir ki, sırf iş qrafiki dəyişəcək, proseslər və prosedurlar dəyişməz olaraq qalacaq. Müştərilər saat 8:00-dan 17:00-a kimi istənilən banka, filiallara yaxınlaşa biləcəklər. Nahar fasiləsi olmayacaq... Əsas səbəb müştərilərin bank xidmətlərindən istifadə etməsidir, ödənişlərini həyata keçirtməsidir.

Xatırladaq ki, bir müddət əvvəl Nazirlər Kabineti dövlət qurumlarında iş rejimini dəyişmək barədə qərar verib. Bu tövsiyə banklara da şamil olunub. Birinci Avropa Oyunları bitdikdən sonra banklar adi iş rejiminə qayıdacaq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net