“Mövcud qanunvericilikdə sürücülər üçün son yaş senzi 70+2-dir”
Tarix: 29-04-2015, 16:07 | Çap et
“Mövcud qanunvericilikdə sürücülər üçün son yaş senzi 70+2-dir”
Parlamentin son iclasında millət vəkili Leyla Abdullayeva nəqliyyat avsitələrinin idarə edilməsi ilə bağlı son yaş həddinin müəyyən edilməsinin vacibliyi ilə bağlı təklif irəli sürüb. Millət vəkilinin sözlərinə görə, ölkədə baş verən yol-nəqliyyat hadisələrinin müəyyən bir qismi məhz yaşlı sürücülərin diqqətsizliyindən baş verir ki, bu da sürücülük hüququ ilə bağlı son yaş həddinin müəyyən edilməsinin tətbiqini zəruri edir.
Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri, polis polkovniki Kamran Əliyev son yaş senzinin mövcud qanunvericilikdə öz əksini tapdığını bildirib. Lakin bununla belə, polis polkovniki hesab edir ki, parlament yaş senzi ilə bağlı yeni bir qərar qəbul edərsə, o zaman əlaqədar qurumlar da yeni qanunvericilik əsasında fəaliyyət göstərəcək:
“Bu, parlamentin özünün həll etməsi gərəkən məsələdir. Son yaş həddi konkret olaraq göstərilməlidir ki, bununla da bağlı konkret addımlar atılsın. Mövcud qanunvericiliyə görə, 70 yaşından sonra sürücülər tibbi müayinədən keçdikdən sonra onların sürücülük hüququ yaınız 2 il müddətinə artırıla bilər. Əgər həkimlərin verdiyi arayışda 70 yaşlı şəxsin sağlamlığı qənaətbəxş hesab edilirsə, onların sürücülük hüququ 2 il müddətinə artırılır. Əgər sürücünün fiziki durumu, sağlamlıq vəziyyəti onun nəqliyyat vasitəsini idarə etməsinə imkan vermirsə, o zaman həmin şəxsin sürücülük hüququ artırılmır. Hər şey həkimlərin verdiyi arayışdan asılıdır”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net