Nazarbayev Karim Masimovu baş nazir vəzifəsində saxlayıb
Tarix: 29-04-2015, 15:59 |
Çap et
Qazaxıstan prezidenti Nursultan Nazarbayev Karim Masimovu baş nazir vəzifəsində saxlayıb.
Nazarbayev bundan bir gün əvvəl prezident kimi rəsmi fəaliyyətə başlayıb.
74 yaşlı Nazarbayev aprelin 26-da keçirilən seçkilərdə 97, 75 faiz səs toplayaraq 5-ci müddətə prezident seçilib.
ATƏT-in müşahidəçiləri seçkinin demokratik standartlara cavab vermədiyini bildirirlər.