Flora Kərimova: “İlhamə məndən aliment alır”
Tarix: 29-04-2015, 15:48 | Çap et
Flora Kərimova: “İlhamə məndən aliment alır”
“İlhamənin gedib-gələn nəfəsi də yalandır. İlhamə özü də yaxşı bilir ki, tacı Azərbaycanda ondan qabaq mən taxmışam, indiyə qədər bunu dilimə belə gətirməmişəm. Sadəcə olaraq, o, bunu həzm edə bilmədiyi və rahatsız olduğu üçün tacı özününküləşdirir”.

Axar.az xəbər verir ki, bu sözləri Flora Kərimova İlhamə Quliyevanın onun barəsində dediyi fikirlərə cavab olaraq Publika.az-a geniş müsahibəsində işlədib. F.Kərimova İlhamə Quliyevaya 3 min manat borclu olmasını da təkzib edib:

“Bu, İlhamənin utanmadan növbəti yalanıdır. Onsuz da İlhamə bir ildir ki, məndən aliment alır. Mənim təqaüdüm çox azdır və ildə ona 50-60 manat pul ödənilir. Ya onun ömrü çatmayacaq bu pulu almağa, ya da mənim. Onun gözü elə yolda qalacaq. Çox şeyi özünə sığışdıran İlhamə bu “qırnıq-qırnıq” pulu da özünə sığışdırıb alır.

İlhamə işlətdiyi nalayiq ifadələrlə öz tərbiyəsini, insani məzmununu, mədəniyyətini göstərib”.





Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net