Lukaşenko ölkəsinin sabitlik adası olduğunu deyir
Tarix: 29-04-2015, 15:31 |
Çap et
Belarus prezidenti Aleksandr Lukashenka ölkəsini hətta Avropada yenidən müharibə iyi gəldiyi bir vaxtda “sabitlik və qayda-qanun adası” adlandırıb.
O aprelin 29-da parlamentdə illik çıxışında deyib ki, hazırda Avropa ölkələri arasında gərginlik “Soyuq müharibə” dövründə olduğu kimidir.
Lukashenka Qərblə Rusiya arasındakı münasibətləri nəzərdə tutur.
O qeyd edib ki, İkinci dünya Müharibəsininin dərslərini unutmamışıq, bu müharibədə milyonlarla insan itirmişik və indi başlıca məqsədimiz sülh və qayda-qanunu qoruyub saxlamaqdır.
Lukashenkanın 60 yaşı var və o Belarusu 1994-cü ildən idarə edir.
Onu Avropanın sonuncu dikdatoru adlandırırlar.