Azərbaycanlı oliqarx Fransada milyonlar itirir
Tarix: 29-04-2015, 15:19 | Çap et
Azərbaycanlı oliqarx Fransada milyonlar itirir
Fransa 1-ci Liqasında çıxış edən “Lans” klubunun 2-ci Liqaya düşməyi rəsmiləşmək üzrədir.

Axar.az xəbər verir ki, 2014-2015-ci il mövsümündə uğur qazana bilməyən klub 20 komanda arasında sonuncu yeri tutmaqla əsas liqadan kənarlaşır. Düzdür, komandanın hələ 4 matçı qalsa da, klubun uğur qazanacağı inandırıcı deyil. Aprelin 26-da doğma azarkeşlər önündə “Monako”ya 0:3 hesablı biabırçı məğlubiyyət isə düşərgədə psixoloji vəziyyəti daha da pisləşdirib.

Hazırda 19-cu yerdə qərarlaşan “Mets” klubu “Lans”dan 4 xal öndədir. Bundan başqa, nəzərə alaq ki, may ayında 4 dəfə meydana çıxmalı olan “Lans” turnirin ən güclü komandaları ilə üz-üzə gələcək. Mayın 3-də “Lill”, 10-da doğma meydanda “Monpelye”, 16-da səfərdə “Nitsa” və son olaraq isə azarkeşlər önündə “Nant”la qarşılaşmalı olan “Lans”ı çətin sınaq gözləyir. Klub bu oyunlardan ən azı ikisindən qələbə ilə ayrılmasa, 1-ci liqadan kənarlaşdırılması rəsmiləşəcək.

Vurğulayaq ki, klubda yaşanan maliyyə skandalı, baş məşqçinin açıq-aşkar şikayətlənməsi halqanın getdikcə daralmasına, futbolçuların oyununa birbaşa təsir edib.

Klubun sahibi, azərbaycanlı milyarder Hafiz Məmmədov jurnalistlərə verdiyi açıqlamasında klubun dirçələcəyini deyib. Fransa mediası isə “Lans”ın 2015-ci ildən 2016-cı ilə sağ çıxmayacağını, onsuz da kəllə-çarxa çıxan vergilər ucbatından klubun özünə gələ bilməyəcəyini yazır.





Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net