Bu kişi 16 tələbə qıza universitetdə təcavüz etdi
Tarix: 29-04-2015, 15:02 | Çap et
Bu kişi 16 tələbə qıza universitetdə təcavüz etdi
Türkiyənin Balıkesir Universitetinin əməkdaşı tələbələ qızlara təcavüzdə ittiham edilir.

ANS PRESS-in məlumatına görə, universitetdə önəmli vəzifələrdən birini tutan A. N. Ö-nün İqtisadiyyat və İdarəetmə Elmləri Fakultəsində 16 qıza söz ataraq əl hərəkətilə təcavüz etdiyi bildirilir.

Təcavüzdə günahlandırılan şəxs subaydır. 16 tələbə keçən il təhsil işçisinin onlara sözlə və əllə təcavüz etdiyi iddia edərək universitet rektorluğuna müraciət edib. Rektorluq qızların şikayəti ilə bağlı administrativ istintaq aparıb. Hazırlanan hesabatda təcavüzlə bağlı konkret və kifayət qədər dəlil olduğundan cavabdehin işi Kriminal Məhkəməyə göndərilib.

Məhkəmə 16 tələbədən 12-ni dinləyib. Yəni, təcavüzçü deyilən şəxs qızların heç biri ilə intim münasibətə girməyib. Bu səbəbdən də məhkəmə ona 6 ay həbs cəzası istəyib. Məhkəmə cavabdehin vəziyyətindənin o qədər də pis olmadığı qərarı alıb və bunu nəzərə alaraq cəzasını 5 aya endirərək hökmün icra olunmasını təxirə salıb.





Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net