Avropa kəşfiyyat mənbələri: 4 min Səudiyyə əsgəri Yəmən sərhədindən qaçıb
Tarix: 29-04-2015, 14:44 | Çap et
Avropa kəşfiyyat mənbələri: 4 min Səudiyyə əsgəri Yəmən sərhədindən qaçıb
FaktXeber.com-un “Globalresearch” agentliyinə istinadən verdiyi məlumata görə, Yəmənə qarşı quru əməliyyatların başlanacağından ehtiyatlanan 4 min Səudiyyə əsgəri hərbi hissələrindən qaçıblar. Qərb kəşfiyyat orqanlarının əldə etdiyi məlumatlara əsasən bu əsgərlər Yəmənlə sərhəd bölgədə yerləşən hərbi hissələrdən qaçıblar. Ərəbistan isə baş verən hadisəni cidd-cəhdlə gizlətməyə çalışır.

Məlumatda qeyd olunur ki, Qərb kəşfiyyat orqanları Səudiyyə komandirləri ilə bu ölkənin müdafiə naziri arasında baş tutan danışıqları izləyiblər. Əldə olunan nəticə isə ordudan qaçan hərbçilərin sayının daha çox olduğunu göstərir. Bəzi məlumatlarda onların sayının 10 min civarında olduğu bildirir.

Xatırlatmaq lazımdır ki, Yəmən məsələsi Səud rejimi daxilində ciddi ikitirəlik yaradıb. Məhz bu səbəbdən bu gün kral Salman, vəliəhd Muqrin bin Əbdüləziz və bir sıra hökumət rəsmilərini dövlət çevrilişində cəhdə görə vəzifələrindən uzaqlaşdırdı.





Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net