ŞOK: 15 yüksək çinli məmur edam ediləcək
Tarix: 29-04-2015, 13:15 |
Çap et
Şimali Koreya diktatoru Kim Çen In bu il 15 yüksək çinli məmura qarşı ölüm hökmünün həuyata keçirilməsi barədə əmr verib.
AzVision.az-ın məlumatına görə, bu barədə “TASS” agentliyi Cənubi Koreya kəşfiyyat idarəsinin əldə etdiyi məlumatlara əsasən xəbər yayıb.
Qeyd edək ki, 2013-cü ilin dekabrında Şimali Koreyada ölkənin totalitar lideri Kim Çen Inın əmisi Çan Son Txek edam edilib.
Bir neçə gün əvvəl Çan Son Txek birbaşa hakim partiyanın toplantısı gedişində Dövlət Müdafiə Komitəsinin sədri vəzifəsindən alınaraq həbs edilmiş, ona qarşı hakimiyyəti devirmək məqsədilə qruplaşma yaratmaq ittihamı irəli sürülmüşdü.