Səudiyyəli iş adamları Bakıya gələcək
Tarix: 29-04-2015, 12:37 | Çap et
Səudiyyəli iş adamları Bakıya gələcək
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Səudiyyə Ərəbistanı Krallığının fövqəladə və səlahiyyətli səfiri Mesaad İbrahim Al-Sulaimi qəbul edib.
Nazirlikdən Lent.az-a bildirilib ki, görüşdə nazir Azərbaycan və Səudiyyə Ərəbistanı arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, qarşılıqlı rəsmi səfərlərin, xüsusilə prezident İlham Əliyevin bu yaxınlarda Səudiyyə Ərəbistanı Krallığına səfərinin ölkələrimiz arasında əməkdaşlığın genişlənməsində əhəmiyyətini qeyd edib. Bildirilib ki, Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığı arasında iqtisadi əlaqələr də uğurla davam edir və bu sahədə əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensial var. Nazir Ş. Mustafayev neft-kimya, kənd təsərrüfatı, turizm, investisiya qoyuluşu, birgə investisiya fondunun yaradılması və s. sahələrdə əməkdaşlıq imkanlarını diqqətə çatdırıb.

Səfir Mesaad İbrahim Al-Sulaim ölkəsinin Azərbaycanla əməkdaşlığa önəm verdiyini, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsində maraqlı olduqlarını vurğulayıb, iqtisadi sahədə əməkdaşlıq imkanlarına dair fikirlərini bölüşüb.

Görüşdə may ayında Səudiyyə Ərəbistanı Krallığının Ticarət və sənaye nazirinin rəhbərlik etdiyi rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyətinin Azərbaycana səfəri, səfər çərçivəsində keçiriləcək biznes forum və ikitərəfli görüşlər barədə ətraflı müzakirələr aparılıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net