Kafedə kütləvi dava: yaralanan var
Tarix: 29-04-2015, 11:58 | Çap et
Kafedə kütləvi dava: yaralanan var
Abşeron rayonu ərazisindəki kafelərdən birində dava-dalaş olub. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Saray qəsəbəsində yerləşən "Qatar" kafesində müştərilər Ağayev Arif Abdulla oğlu və Ağayev Tural Azər oğlu arasında mübahisə yaranıb. Mübahisə daha sonra münaqişəyə çevrilib və T.Ağayev bıçaqla A.Ağayevə xəsarət yetirib. Bundan sonra dava daha da qızışıb və hər iki şəxsin ətrafında olan şəxslər də münaqişəyə qoşulub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

T.Ağayevi saxlanılıb, araşdırmalar aparılır.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net