“Etiraf edirəm ki, Ukraynaya lazım olanı verə bilmədim”
Tarix: 29-04-2015, 10:44 | Çap et
“Etiraf edirəm ki, Ukraynaya lazım olanı verə bilmədim”
“Bu gün keçmiş SSRİ məkanında baş verən münaqişələrin günahkarı dolayısı ilə özümüzük. Çünki ən azı biz vaxtilə sevinclə imzaladığımız, SSRİ-nin varlığına son qoyan “Belovejiskaya Puşşa” müqaviləsini sonradan qiymətləndirə bilmədik”.

APA-nın məlumatına görə, bunu III Bakı Qlobal Forumunun növbəti panelində çıxış edən Ukraynanın ilk prezidenti, MDB-nin yaradıcılarından olan Leonid Kravçuk bildirib.

Müqavilənin postsovet ölkələrinin taleyini həll edəcəyinə ümid etdiklərini deyən L. Kravçuk bunun bazası olmadığı üçün inkişaf etmədiyini söyləyib: “Çox təəssüf ki, biz o müqavilənin şərtlərinə uyğun keçidi təşkil edə bilmədik. Baltikyanı ölkələr, Azərbaycan və digərləri bu keçidi keçə bildilər, amma biz yox. Şəxsən mən etiraf edirəm ki, lazım olanı Ukraynaya verə bilmədim. Uzun illərdir ki, bu ölkə qeyri-rəsmi şəkildə Qərb və Şərq hissələrə bölünüb. Bir xalq iki düşüncədə yaşayır. Biz bunu aradan qaldıra bilmədik. Ona görə yox ki, biz bacarıqsız olduq. Xeyr. Çünki bizim ölkənin məhkum olduğu şərtlər var və o, bu gün də mövcuddur. Biz daim Rusiyanın təsiri altında olmuşuq. İndi də Rusiya imkan vermir ki, yeni hakimiyyət tutduğu kursu axıra kimi davam etdirsin”.





Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net