ABŞ-ın Nevada ştatından Azərbaycana güclü dəstək
Tarix: 29-04-2015, 10:15 | Çap et
ABŞ-ın Nevada ştatından Azərbaycana güclü dəstək
ABŞ-ın Nevada ştatının Parlamenti aprelin 28-də keçirilən plenar iclasında Azərbaycana güclü dəstək ifadə edən qətnamə qəbul edib.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Trend-ə daxil olan məlumata görə, qətnamənin nüsxəsi plenar iclasda iştirak edən Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayevə təqdim olunub. Baş konsul qanunvericilərə belə bir önəmli sənədin qəbuluna görə təşəkkürünü bildirib.

Parlamentin spikeri Con Həmbrik tərəfindən imzalanmış qətnamədə, Azərbaycan xalqının 1918-ci ildə müsəlman dünyasında ilk dünyəvi respublika yaratdığı və bu gün Azərbaycanın ABŞ-ın güclü müttəfiqi və tərəfdaşı olduğu bildirilir. Qeyd olunur ki, Azərbaycan və ABŞ enerji təhlükəsizliyi, terrorçuluğa və kütləvi qırğın silahlarının yayılmasına qarşı mübarizə sahələrində sıx əməkdaşlıq edirlər. Bildirilir ki, 11 sentyabr terror aktlarından sonra Azərbaycan terroçuluqla mübarizədə ABŞ-a hərtərəfli yardım göstərmiş, öz sülhməramlı qüvvələrini Əfqanıstana göndərmişdir. Vurğulanır ki, 2001-ci ildən bəri hər il Əfqanıstanda yerləşən ABŞ qoşunlarının təchizatının 40%-i Azərbaycan vasitəsilə daşınmaqdadır.

Sənəddə bildirilir ki, böyük neft və qaz ehtiyatlarına malik Azərbaycan ABŞ, Avropa və İsrailin enerji təhlükəsizliyinə töhfələr verir və Avropanın enerji təchizatını şaxələndirəcək Cənub Enerji Dəhlizinin ən önəmli bəndi olaraq qalmaqdadır.

Qətnamədə qeyd olunur ki, Azərbaycanda əsrlərdən bəri müxtəlif xalqlar və dinlər dinc şəraitdə yaşamaqdadırlar.

Bildirilir ki, Azərbaycan öz suverenliyini və müstəqilliyini möhkəmləndirib və dünyanın ən sürətlə inkişaf edən və çağdaşlaşan dövlətlərindən birinə və ABŞ-ın Güney Qafqazda ən böyük ticarət tərəfdaşına çevrilib.

Sonda qeyd olunur ki, ABŞ, Azərbaycan kimi müttəfiqlərinin müstəqiliiyini bundan sonra da dəstəkləməli və onlarla münasibətləri daha da gücləndirməlidir.

Bu, Nevada Parlamenti tərəfindən Azərbaycana dair qəbul olunan ilk qətnamədir.





Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net