Hacı Rahil Türkanda reketlik edir
Tarix: 29-04-2015, 09:56 | Çap et
Hacı Rahil Türkanda reketlik edir
Redaksiyamıza Xəzər rayonu, Türkan qəsəbəsi, Üzümçülük sovxozunun bir qrup sakini müraciət edib. Qəsəbə sakinləri yerli icra nümayəndəsinin özbaşınalığından narazıdır. Sakinlərin müraciətini araşdırmaq üçün hadisənin baş verdiyi ünvana yollandıq.Gördüyümüz ilk mənzərə belə idi: hasarları uçurulmuş 7 ayrı-ayrı torpaq sahəsi, ətrafda gedən tikinti işləri, üstündə “Ev alqı-satqısı” sözləri yazılmış balaca bir köşk və... aşırılmış tualet... İlk həmsöhbətimiz zərərçəkən şikayətçilərdən biri - icra nümayəndəsi tərəfindən təzyiqlərə məruz qalan, torpaq sahəsinin hasarı uçurulan Rövşən Babayev oldu. O, boş torpaq sahələrinin hasarının bir gün ərzində heç bir xəbərdarlıq edilmədən sökülməsi, icra nümayəndəsinin “qoçu dəstəsi” ilə vətəndaşların üzərinə gəlməsi və sonradan baş verən hadisələr barədə danışır.Məlum olur ki, bütün baş verənlərin səbəbi bir az əvvəl qeyd etdiyimiz aşırılan tualetdir. Belə ki, qəsəbədə ev alqı-satqısı ilə məşğul olan Rövşən Babayev və onun tanışları alqı-satqı ofisinin yaxınlığında özlərinin və ərazidən keçənlərin istifadəsi üçün tualet tikmək istəyiblər. Bunu qanunsuz tikinti kimi qiymətləndirən Xəzər Rayon İcra Hakimiyyətinin (RİH) Türkan qəsəbəsi üzrə nümayəndəsi Rahil Babayev (o, həm də hacıdır və daha çox “Hacı” deyə çağırılır) müavini Firudinlə bu il martın 28-də həmin əraziyə gəlib. İcra nümayəndəsi tualeti tikənlərə iradını bildirib və tikintinin dayandırılmasını tələb edib.
Vertikal.az





Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net