Leonid Kuçma: "Putin Donbası Qarabağa çevirib”
Tarix: 28-04-2015, 17:54 | Çap et
Leonid Kuçma: "Putin Donbası Qarabağa çevirib”
"Hamı 100 faiz bilir ki, Ukraynadakı münaqişənin həlli ilə bağlı qərar Donbasda yox, Rusiyada, Kremldə verilə bilər".

Bunu III Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak edən Ukraynanın keçmiş prezidenti Leonid Kuçma virtualaz.org-a açıqlamasında deyib.

Ukraynadakı münaqişənin həlli ehtimalına gəlincə, o, MDB məkanındakı digər münaqişələrlə analogiya apararaq Donbası da eyni aqibətin gözlədiyini bildirib: “Putin Donbası Qarabağa döndərib. Azərbaycanda Dağlıq Qarabağ münaqişəsi, Gürcüstanda Cənubi Osetiya, Abxaziya, Moldovada Dnestryanı məsələsi həll olundumu? Donduruldu. Donbas məsələsini də eyni aqibət gözləyir. Çünki böyük ehtimalla Rusiya Ukrayna ilə müharibə etməyəcək, çünki bu ona baha başa gələcək. Amma ocağa odun atmaqda davam edəcək”.

O, “siz keçmiş dövlət başçısı olaraq, bu məsələdə özünüzü günahkar hesab edirsinizmi” sualına isə belə cavab verib: “Əgər mən prezident olaraq qaysaydım, Donbasda münaqişə olmayacaqdı”.

Eyni zamanda, o, Azərbaycanla da müqayisələr aparıb: "Yüksək templə inkişaf edən Azərbaycana qibtə edirəm. Burada hakimiyyətin düzgün siyasəti böyük rol oynayıb".





Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net