Araz Əlizadə: “Kül olsun Əlikramın başına”
Tarix: 28-04-2015, 16:28 |
Çap et
“Əlikram Hümbətov yaranışından xəyanətkar olub. O, satqınlığı, şərəfsizliyi özü üçün həyat tərzi seçib”.
Bu sözləri Editor.az-a açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə söyləyib.
Xatırladaq ki, özünü qondarma “Talış Muğan Respublikası”nın rəhbəri elan edən Əlikram Hümbətov dünya ermənilərinə müraciət edərək, “Yaşasın böyük Ermənistan!” adı altında “erməni soyqrımı”nı yad edib.
ASDP sədri Araz Əlizadə Əlikram Hümbətovu mənəviyyatsız adam adlandırdı:
“O, itdi, qurddu, düşmədi. İtin yemi qurtaranda aya hürür. Kül olsun Əlikramın başına. Bu adam separatçıdır. Guya ölkə yaratmaq istəyir. Ay şərəfsiz, sən heç kağızı üzündən oxuya bilmirsən. Hansı ölkədən danışırsan. Azərbaycanda bütün xalqların nümayəndələri qarşılqılı mehribançılıq şəraitində yaşayır. Belə şərəfsizə rəy vermək də ayıbdır”.