Gülay: "Maşınımı həyat yoldaşım hədiyyə edib"
Tarix: 28-04-2015, 15:44 |
Çap et
Müğənni Gülay Zeynallı yeni fotosessiya etdirib.
Axşam.az fotokamerası qarşısına keçən sənətçi sürücülük qabiliyyətindən də danışıb:
“Bütün yol hərəkət qaydalarına riayət edirəm. Səliqəli maşın sürürəm. Təhlükəsizlik kəmərindən hər dəfə istifadə edirəm. 2007-ci ildən sükan arxasındayam. Qayadaları heç vaxt pozmamışam deyə, cərimə də ödəməmişəm. Böyük və rahat avtomobilləri sevirəm. Bu günə kimi dörd dəfə maşınımı dəyişmişəm. Sonuncu avtomobilimin markası “İnfiniti QX 56”dır. Həyat yoldaşım (idmançı Kamil Zeynallı – red.) hədiyyə edib”.