ABŞ-da polis zorakılığı nəticəsində həlak olan 25 yaşlı qaradərili gənc Freddi Graydanın dəfn mərasimindən sonra kütləvi aksiyalar keçirilib.
Avropa.info xəbər verir ki, Merilend ştatınının Baltimor şəhərində başlayan kütləvi aksiyalar daha sonra qarşıdurmaya çevrilib.
Aksiyalar zamanı maraqlı bir hadisə də kameraların obyektivinə tuş gəlib. Televiziyada oğlunun polisə daş atan bir qrup gəncin içində olduğunu görən ana hadisələrin baş verdiyi bölgəyə gedərək oğlunu döyə-döyə bölgədən uzaqlaşdırıb.