Deputat təklif verdi: “Polisin səlahiyyəti artırılsın...”
Tarix: 28-04-2015, 14:57 | Çap et
Deputat təklif verdi: “Polisin səlahiyyəti artırılsın...”
"Polisə səlahiyyət verilməlidir ki, Aqil Abbası da saxlaya bilsin”

“Azərbaycanda bıçaqlanma hadisələri milli adət-ənənəyə çevrilib. Elə gün yoxdur ki, bıçaqlanma hadisəsi baş verməsin”.

Qafqazinfo” xəbər verir ki, bunu millət vəkili Aqil Abbas parlamentin bugünkü iclasında söyləyib.

O bildirib ki, son zamanlar belə hadisələrin baş verməsinin qarşısının alınması üçün Cinayət Məcəlləsindəki soyuq silah gəzdirmə maddəsində qaydalar sərtləşdirilməlidir. “Biz tələbə vaxtı da görürdük ki, bıçaq gəzdirmək olmaz. Belə bıçaqlanma halları o zaman çox az hallarda baş verərdi. Əvvəllər 4 santimetrdən uzun bıçağa görə məsuliyyət nəzərdə tutulurdu. Mən təklif edirəm ki, bu məsələ diqqətdə saxlanılsın və polisin səlahiyyətləri artırılsın. Polisə şübhələndiyi adamın üzərinə baxış keçirmək icazəsi verilsin. Kiminsə üzərində soyuq silah varsa, onu müəyyən etsin. Polisə xüsusi icazə verilməlidir ki, şübhələnəndə Aqil Abbası da saxlaya bilsin”.

Deputat bildirib ki, bu məsələ növbəti komitə iclaslarında müzakirəyə çıxarılmalı və polisin səlahiyyətləri artırılmalıdır. “Bu baş verən bədbəxt hadisələr sabah bizim də başımıza gələ bilər. Bu xalq da bizimdir. Ona görə də düşünürəm ki, millətimizi qorumaq üçün qərarlar qəbul etməliyik”, - deyə Aqil Abbas vurğulayıb.

Millət vəkili Fazil Mustafa da mövzu ətrafında çıxış edib. “Bu yaxınlarda oteldə adamı bıçaqladılar. Biz deyirik ki, Azərbaycan dövləti tolerantdır. Düzdür, amma bizim insanlarımız tolerant deyil. Kəndlərdə qonşuların bir-birinə olan münasibətini görürük. Bir- birlərinə su vermirlər. İndi oteldə iki yetkin adam razılığa gələ bilmirlər ki, bura ayaqqabı ilə çıxmaq olar, ya da yox. Bu insanların mədəni səviyyəsi ilə bağlı məsələdir. Bu problemlə məşğul olmaq lazımdır”.





Xəbərlər
 
 
07-05-2024 12:18
 
 
 
 
 
07-05-2024 09:57
 
 
 
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net