Vaqif Əsədov: “Sürücülərdən çox xahiş edirəm...”
Tarix: 28-04-2015, 13:21 | Çap et
Vaqif Əsədov: “Sürücülərdən çox xahiş edirəm...”
“Sürücülərin yerli-yersiz qəza işıqlardan istifadə etmələri süni tıxacların yaranmasına səbəb olur. Bu işıqlardan belə tez-tez istifadə etmək isə sürücüləri məsuliyyətdən azad edə bilməz”.

Bu sözləri Axar.az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyib. Onun sözlərinə görə, sürücülərin parkomatlardan düzgün istifadə etməməsi tıxacların və qəza şəraitinin yaranmasına səbəb olur:

“Sürücülərdən artıq dərəcədə xahiş edirəm, yol hərəkəti haqqında qanuna hörmət əlaməti olaraq, parkomatlardan düzgün istifadə etsinlər. Parkomatların əhatə dairəsində icazə verildiyi formada avtomobil saxlasınlar. Bu, dayanma-durma qaydalarının pozulması deməkdir. Belə olduqda yol polisi əməkdaşına sürücüyə qarşı tədbir görülməsinə şərait yaradır. Bu gün bir çox sürücülər parkomat aparatlarının quraşdırıldığı yerlərdən bir qədər kənarda, avtomobillərin hərəkətini məhdudlaşdıran döngələrdə, dayanacaqlara yaxın, köndələn formada avtomobil saxlayırlar. Sürücülər dayanma-durma əməliyyatını düzgün həyata keçirmədikləri üçün onlar barədə müvafiq tədbirlər görülür. Yəni həmin avtomobil evakuasiya edilir, sürücü avtomobildədirsə, haqqında protokol da yazılır”.

Sürücülərin yerli-yersiz qəza işıqlarından istifadə etdiyini deyən V.Əsədov paytaxtın tıxac böhranının məhz sürücülərin ucbatından yarandığını bildirdi:

“Bu gün bəzi sürücülər qəza işığını yandırıb hansısa işin dalınca gedirlər. Bunu etmələrinə səbəb, guya bir neçə dəqiqəlik işlərinin olması və ya vacib bir işinin çıxması, məcburiyyətdən burda saxlaması barədə informasiya verməkdir. Ancaq bu, qətiyyən düzgün deyil və yolverilməzdir. Sürücülər birdəfəlik bilsin ki, qəza işıqları yandırıb avtomobillərin hərəkətinə problem yaratmaq onları məsuliyyətdən azad edə bilməz. Əgər qayda pozulubsa, heç bir müzakirəsiz qanun yerinə yetirilməli, sürücü cərimələnməlidir. Bu gün rahatlıqla hər bir maşın həvəskarı istədiyi avtomobili əldə edə bilirsə, əziyyət çəkib saxlasın, idarəetmə qaydalarına da riayət etsin. Ölkədə bir milyon yarım maşın var, onun 62-72 mini Bakıdadır. Təsəvvür edin ki, şəhərdə necə gərginlik, sıxlıq yaranır. Bir avtomobil cəmi bir dəqiqə qəza işıqlarını yandırıb iki zolaqlı yolun bir hissəsini tutursa, bu, həmin yolda hərəkətin 5 dəqiqə ləngiməsi, yüzə yaxın avtomobilin yolda qalması deməkdir. Bu da sürücülərin özlərinin yaratdığı süni tıxaclara gətirib çıxarır”.





Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net