“Deputatları dəvət etdim, heç kim gəlmədi...”
Tarix: 28-04-2015, 13:11 | Çap et
“Deputatları dəvət etdim, heç kim gəlmədi...”
VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı deputat həmkarlarından gileylənib.

“Qafqazinfo” xəbər verir ki, S. Rüstəmxanlı qeyd edib ki, aprelin 18-də DAK-ın 13-cü qurultayı keçirilib: “ Həmin qurultayda dünyanın bir çox ölkələrindən rəsmi şəxslər iştirak edirdi. Mən öz həmkarlarıma qurultayla bağlı dəvət məktubu göndərmişdim. Amma heç biri iştirak etmədi. Heç olmasa bir cümləlik ilə təbrik məktubu da göndərmədilər. Mən bu laqeydliyin səbəbini başa düşə bilmirəm. Vaxtilə Amerikada DAK-ın ikinci qurultayı keçiriləndə mərhum Heydər Əliyev ora 60-a yaxın adam göndərmişdi, Ən azı yoldaşlıq göstərmək olardı. Bizim millət vəkillərimiz isə belə etməməliydi”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net