Rövnəq Abdullayev: “Neftin qiyməti ilə bağlı proqnoz vermək olmaz”
Tarix: 28-04-2015, 12:50 | Çap et
Rövnəq Abdullayev: “Neftin qiyməti ilə bağlı proqnoz vermək olmaz”
“Neftin qiyməti ilə bağlı indidən proqnoz vermək düzgün olmaz”.

“APA-Economics”in məlumatına görə, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev deyib.

“Heç kim deyə bilməz ki, neftin qiyməti necə olacaq. Neftin qiyməti təkcə iqtisadi amillərdən yox, siyasi, geosiyasi amillərdən də asılıdır. Ona görə, hesab edirik ki, neftin qiymətinin maya dəyəri səviyyəsindən aşağı düşmək imkanı yoxdur və olmayacaq. Neftin hazırkı qiyməti ən aşağı həddədir”, - deyə R. Abdullayev bildirib.

SOCAR prezidentinin proqnozlarına görə, cari ilin ikinci yarısında “qara qızıl”ın qiyməti sabitləşəcək.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net