Husilərin əlində hansı növ silahlar var? - Koalisiya qüvvələri açıqlama verdi
Tarix: 28-04-2015, 12:47 | Çap et
Husilərin əlində hansı növ silahlar var? - Koalisiya qüvvələri açıqlama verdi
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya adından açıqlama verən general Əsiri husilərin əlində olan silahlar haqda açıqlama verib.

Avropa.info əl-Ərabiyyə kanalına istinadən xəbər verir ki, general Əhməd Əsiri husilərin əlində yalnız yüngül silahların qaldığını açıqlayıb.

General, husilərin əlində olan silah-sursatın 95 %-nin koalisiya tərəfindən həyata keçirilən əməliyyatlar zamanı yox edildiyini bildirib.

Əsiri artıq təyyarələrin heç bir maneə olmadan Yəməndəki hava limanlarına düşə biləcəyini söyləyib.

Xatırladaq ki, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri Yəməndə baş qaldıran husiləri 24 gün boyunca bombardman etmişdi.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net